EN

Ermənistan Livandakı səfirini geri çağırıb

ain.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Ermənistanın Livandakı səfiri Vaaqn Atabekyan geri çağırılıb. 

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, müvafiq sərəncamı Baş nazir Nikol Paşinyanın təklifi ilə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb. 

Bildirilib ki, Atabekyan bu vəzifəni 2018-ci ilin noyabrından tuturdu. 

Ermənistanla Livan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub, 1994-cü ildən isə Beyrutda Ermənistan səfirliyi fəaliyyət göstərir.

Nurlana ƏhmədovaMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
1
missiya.az

2Sources