EN

9 kiloqramdan çox narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 19-da ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə, 10 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,8 tona yaxın çəkidə 1218 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Cebheinfo.az”-a  verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

“Cebheinfo.az”  

Chosen
15
2
cebheinfo.az

3Sources