EN

"Zirə"nin legioneri: "Fərqlənə bilmədik" - MÜSAHİBƏ

"Zirə"nin qapıçısı Tiaqo Silvanın Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının I turunda evdə "Araz-Naxçıvan"la heç-heçə (1:1) etdiniz. Oyunla bağlı nə deyə bilərsən?

- Çətin matç oldu. Amma düşünürəm ki, rəqibə nisbətən meydanda daha yaxşı idik. Qolumuzu da vura bildik. Digər imkanlardan da yararlanmaq istəyirdik. Sadəcə, rəqib hesabı bərabərləşdirə bildi. Əlinə düşən şanslardan yararlana bilməyəndə bu cür nəticə qeydə alınır. Amma istənilən halda biz daha yaxşı idi.

- İkinci qolu vurmağa nə mane oldu?

- Bu cür fürsətlər yaratdıq. Amma fərqlənə bilmədik. Düşünürəm ki, artıq bunun üzərində çalışmalıyıq. Növbəti qarşılaşmalarda bu cür imkanlar yarada bilsək, 3-4 qol vuracağıq.

- "Zirə"nin qolundan sonra mərkəzə doğru irəlilədiniz. Rəqibi provakasiyaya çəkməyinizdə səbəb nə idi?

- Xeyr. Bu mənim adətimdir. Hər dəfə qol vurduqdan sonra demək olar ki, mərkəzə gəlirəm. Bu, komanda yoldaşlarıma daha yaxın olmaq üçündür. Sadəcə, bir adətdir. Rəqib oyunçularla da aramızda müəyyən dialoqlar keçə bilər. Amma önəmli olan bugünkü görüşdə göstərdiyimiz performans idi. O da kifayət qədər yüksək səviyyədə idi.

- Meydanda oyunçular arasında gərginlik hiss olunurdu. Bu, hər iki tərəfin avrokuboklarda mübarizəni dayandırması ilə bağlı ola bilər? Bəlkə qələbə ilə bəraət qazanmaq istəyirdiniz?

- Düşünürəm ki, bizim komanda rəqibdən asılı olmayaraq hər matçda əlindən gələnin ən yaxşını etməyə çalışır. Nəzərə alsaq ki, rəqib də Konfrans Liqasında ölkəni təmsil edib. Bu da başa düşüləndir. Onlarda da müəyyən aqresiya olur. Matçdakı yüksək intensivliyi nəzərə alsaq, belə halların olması başa düşüləndir.

- Çempionatda 2-3 komanda mövsümün əvvəlində çempionluq üçün mübarizə aparacaqlarını açıqlayıblar. Sizdə əsas hədəf nədir?

- Komanda şəklində hər kəs istəyir. Üç il əvvəl bu kluba gəlmişəm. Ardıcıl iki mövsümdə ikinci yeri tutmuşuq. Könül istərdi ki, çempion olaq. Mən şəxsən öz adıma danışıram. Komanda ilə çempion olmaq istəyirəm.

- Üç ildir burdasınız. Seçim sizdə olsa, nə qədər qalmağı düşünürsünüz?

- Gələcəklə bağlı hansısa proqnoz vermək istəmirəm. Məncə, bugünkü oyunda yaxşı şeylər var idi. Yeddi ay öncə nələr baş vermiş? Keçmişdə olanda orada qalır. Gələcəklə bağlı danışmaq isə tezdir.

İdman.biz

Chosen
29
1
idman.biz

2Sources