EN

Azərbaycan meyvə-tərəvəz ixracından 506 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında 506 milyon 406 min dollar dəyərində 490 min 609 ton meyvə-tərəvəz ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 31,9% (122 milyon 543 min dollar), miqdarı isə 33,1% (122 min 60 ton) artıb.

2024-cü ilin eyni dövründə Azərbaycandan 383 milyon 863 min dollar dəyərində 368 min 550 ton meyvə-tərəvəz ixrac edilib. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,33%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24,25%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
71
1
banco.az

10Sources