EN

Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlandı

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 613,1 milyon kub metr təşkil edib.

Bu barədə News24.az-a  Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, təbii qaz üzrə ehtiyatların 29,3 faizi ölkə daxilində istehlak edilmiş, 58,7 faizi ixrac olunmuş, 2,4 faizi itkiyə getmiş, 9,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,8 faizi isə əhaliyə satılıb.

2025-ci ilin yanvar-iyun aylarında 12682,1 milyon kub metr və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz az təbii qaz ixrac edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
7
news24.az

10Sources