EN

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar  

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Gürcüstan istiqamətində 2 nəfər Banqladeş vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat daxil olub.

Bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
61
26
azerbaijan-news.az

10Sources