EN

Sərhədi pozan Banqladeş vətəndaşları saxlanıldı

Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb.

Bu barədə Ölkə.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində iki Banqladeş vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
84
32
olke.az

10Sources