EN

Kanada ordusunun beş hərbçisi ordudan uzaqlaşdırılıb

Ajans.az xəbər verir ki,  bu barədə CBC telekanalı məlumat verib. Kvebek əyalətində yerləşən 22-ci Kral Piyada Alayının videoya düşən hərbçiləri istintaq müddətində xidmətdən uzaqlaşdırılıblar. Müəyyən edilib ki, video 2023-cü ildə lentə alınıb, lakin Kanada Silahlı Qüvvələrinin komandanlığı bundan yalnız bu il, avqustun əvvəlində xəbər tutub. Kanada Quru Qoşunlarının komandanı general-leytenant Maykl Rayt açıqlamasında bildirib ki, Silahlı Qüvvələrdə nifrətin təzahürü qətiyyən yolverilməzdir.

İstintaqın nəticələrinə əsasən, videogörüntülərə düşən hərbçilər intizam məsuliyyətinə cəlb oluna və ya ordudan xaric edilə bilərlər.

Chosen
60
4
Ajans.az

5Sources