EN

Keçmiş deputat gizli məlumatları Qərbə satıb: ABŞ-dan görün nə qədər pul alıb - FOTO

  Rusiya Baş Prokurorluğu Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyevi Qərb kəşfiyyatına məxfi məlumat ötürməkdə ittiham edib.

Referans   xəbər verir ki, iddiaya görə, Hacıyev ABŞ-dan 45 milyon dollar alıb.

Prokurorluğun sənədlərində bildirilir ki, keçmiş deputat xarici vətəndaşlıq müqabilində əməkdaşlığa razılaşıb və bunun əvəzində rus oliqarxlarının və məmurlarının xarici aktivləri barədə məlumat verib. Polşa mediası 2024-cü ildə Hacıyevin Ramzan Kadırov, Elvira Nabiullina, Süleyman Kərimov və digər tanınmış şəxslərin xarici hesabları və daşınmaz əmlakı ilə bağlı sənədlər təqdim etdiyini yazmışdı.

Məlumatlara görə, Hacıyev ABŞ diplomatları və kəşfiyyat zabitləri ilə mütəmadi görüşlər keçirib, hazırda isə Türkiyə vətəndaşı olaraq Amerika pasportu almağa çalışır. Onun ailəsi uzun müddətdir ABŞ-da yaşayır.

Keçmiş deputatın adı daha əvvəl də səs-küylü işlərdə hallanıb – o, 2011-ci ildə Mahaçqala İlahiyyat İnstitutunun rektoru Maqsud Sadıkovun qətlinin təşkilində şübhəli sayılır.

Baş Prokurorluq Hacıyevin və yaxınlarının ümumilikdə iki milyard rubldan çox dəyəri olan əmlakına həbs qoyulmasını, həmçinin onun yaratdığı qrupun “ekstremist birlik” kimi tanınmasını tələb edir. Əmlak arasında Moskva və Dağıstanda dəbdəbəli mənzillər, kommersiya binaları, torpaq sahələri və “Sulaknerud” şirkəti də var./Publika.az
   

Chosen
50
1
referans.az

2Sources