EN

Sumqayıtda su emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb

Sumqayıtın İnşaatçılar qəsəbəsində fəaliyyət göstərən içməli su istehsalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, D.Bünyadzadə küçəsi 31B ünvanında fəaliyyət göstərən Bəylər Abas oğlu Əzizova məxsus müəssisədə 19 litrlik sudan nümunə götürülüb.

Məlum olub ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmayıb, havalandırma sistemi quraşdırılmayıb, həmçinin müvafiq təmizlik işləri görülməyib. Bundan başqa, sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar aşkarlanıb.

Müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Chosen
77
10
aznews.az

10Sources