EN

Rövşən Nəcəfdən “Qarabağ”a - Təbrik

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsində qalib gəlməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, R.Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Macarıstanın “Ferentsvaroş” komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək turnirin liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ!”, - AFFA prezidenti qeyd edib.

Chosen
56
16
qafqazinfo.az

10Sources