EN

35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanıldı

Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Qala qəsəbə sakininin ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Chosen
72
22
7news.az

10Sources