Azərbaycan Bakıda həbs edilmiş Hindistanın kriminal avtoriteti Mayank Sinqhi yaxın günlərdə ölkəsinə ekstradisiya edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Hindistanın Terrorla Mübarizə Qrupunun üç əməkdaşından ibarət qrup onun ekstradisiyası üçün Azərbaycana gəlib.
Məlumata görə, Mayank Sinqhin Hindistana avqustun 22-23-də təhvil veriləcək.
Bu ilin mart ayında Azərbaycanın Carkhand ştatının ən çox axtarılan cinayətkarı, Sunil Mina kimi tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqlədiyi məlum olub.
Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsinə kömək edib.
Hindistandan qaçmazdan əvvəl Mayank Sinqh Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.
Hindistandan qaçmasına baxmayaraq, qanqster internet zəngləri vasitəsilə Hindistan iş adamlarını hədələyərək onlardan pul tələb etməklə cinayətkar fəaliyyətini davam etdirib.
O, sosial mediada avtomat silahlarla şəkillərini paylaşaraq açıq şəkildə öz cinayətkar fəaliyyətini reklam edib. O, uzun müddətdir ki, İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışa verilib.
Bizim.Media