EN

İsrail səfiri Azərbaycanda xristian icmasının liderləri ilə dinlərarası əməkdaşlığı müzakirə edib

İsrail səfiri Ronen Kraus Azərbaycanda xristian icmasının liderləri ilə görüş keçirib.

Far.Az report-a istiandən xəbər verir ki, bu barədə İsrail səfirliyinin "X" hesabında məlumat verilib.

"Səfir Ronen Kraus Azərbaycanda xristian icmasının rəhbərləri ilə bir sıra görüşlər keçirib. Bu görüşlər ölkənin zəngin dinlərarası dialoq və qarşılıqlı hörmət ənənəsini bir daha nümayiş etdirib", - məlumatda qeyd olunub.

Səfir Bakı və Azərbaycan yepiskopu Aleksiy, Mixail-Arxangel pravoslav kilsəsinin protoiyereyi Mefodi Əfəndiyev və Katolik Kilsəsinin Apostol Prefekturasında yepiskop Vladimir Fekete ilə görüşüb.

Tərəflər Azərbaycandakı katolik icmasının həyatı, ölkədə yüksək səviyyəli dinlərarası əməkdaşlıq və dövlətin Katolik Kilsəsinə göstərdiyi diqqət və qayğı ətrafında müzakirələr aparıblar.

Chosen
67
6
far.az

7Sources