Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsləri" keçirilib.


Rekord.az xəbər verir ki, tədbir AŞF-nin inzibati binasında baş tutub.


Yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları milli komandanın üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarovla görüşüblər.


Bir neçə partiyanı təhlil edən təcrübəli qrossmeyster uşaqların suallarını cavablandırıb və öz təcrübələrini bölüşüb.