EN

Kevin Trapp yenidən Parisdə

Futbol üzrə Almaniya milli komandasının sabiq qapıçısı Kevin Trapp bundan sonra Fransanın “Paris” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Almaniyanın “Ayntraxt” komandasının qapıçısı “Paris”ə 1 milyon avro müqabilində transfer edilib. 35 yaşlı qolkiper yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalayıb.

Xatırladaq ki, Kevin Trapp Fransada daha öncə PSJ-nin uğurları üçün çalışıb. O, 2015-2019-cu illərdə Fransa nəhənginin formasını geyinib. “Ayntraxt” Kevini 2019-cu ildə Paris klubundan 7 milyon avro müqabilində transfer etmişdi. Almaniyalı qapıçı Bundesliqa təmsilçisinin heyətində 383 oyun keçirib, 554 qol buraxıb, 89 matçda qapısını toxunulmaz saxlayıb.

Trapp daha öncə Almaniyada “Kayzerslautern”in də uğurları üçün çalışıb. Almaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Kevin 2017-ci ildə debüt etdiyi millidə 9 oyun keçirib, 13 qol buraxıb, 2 matçdan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı qapıçının transfer dəyərini 2,,5 milyon avro məbləğində qiymətləndirir.

Chosen
29
arena.az

1Sources