EN

Ərdoğan Putinlə Ukraynanı MÜZAKİRƏ ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Olaylar.az "Haber Global"a istinadən xəbər verir ki, liderlər Ukraynadakı son vəziyyəti, Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.  

Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun keçirilməsinin vacibliyini vurğulayıb. O, tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib.

Telefon danışığı zamanı Suriyadakı son proseslər barədə də fikir mübadiləsi aparılıb. Ərdoğan Suriyada sabitlik və təhlükəsizliyin təmin olunmasının əsas hədəf olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
71
5
olaylar.az

10Sources