EN

Uşağın və böyüyün uğurunun açarı – adaptasiya prosesinə verilən zamandır - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Yeni işə uyğunlaşmaq üçün ilk növbədə zamana ehtiyac olduğunuqəbul etmək vacibdir. İnsan tələsmədən həm iş mühitinə, həm də özmüsbət keyfiyyətlərinə uyğun bir körpü qurmalıdır.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında canlı yayım zamanı qurumun 2 nömrəli Klinik PsixiatriyaXəstəxanasının klinik psixoloqu, psixoterapevti Rövşən Nəcəfovsəsləndirib.

Onun sözlərinə görə, bu prosesdə əsas məqam bacarıq və bilikləriifadə etmək üçün doğru anı gözləməkdir:

“İş həyatında məqsəd hər şeyi mükəmməl etmək deyil, davamlıöyrənmək və inkişaf etmək olmalıdır. Ən çox rast gəlinənçətinliklərdən biri səhvləri fəlakət kimi qiymətləndirməkdir.Halbuki səhvlər öyrənmə prosesinin ayrılmaz hissəsidir – onlarıdüzgün təhlil etməklə insan öz güclü və zəif tərəflərini daha yaxşıtanıyır və gələcəkdə uğurlu addımlar ata bilir. Bütün bilikləridərhal əldə etmək mümkün deyil və buna çalışmaq insanı stresə salabilər. Daha sağlam yanaşma ondadır ki, öyrənmək və bilik toplamaqiş həyatında heç vaxt bitməyən, davamlı prosesdir. Hər gün kiçikaddımlar atmaq və özünə real hədəflər qoymaq adaptasiyanıasanlaşdırır və insanı psixoloji baxımdan daha dayanıqlı edir”.

Psixoterapevt bildirib ki, məktəbə başlayan uşaqlar üçün də ənvacib məsələ onlara zaman verməkdir:

“Uşaq yeni mühitə dərhal uyğunlaşmaya bilər və bu, tamamilətəbiidir. İlk günlərdə valideyn dəstəyi, müəllimlərlə mehribanmünasibət və emosional bağlılıq prosesə müsbət təsir göstərir.Uşağın məktəbi təhlükəsiz və qəbul edən bir yer kimi görməsi üçünmüəllim, valideyn və uşaq arasında sıx əməkdaşlıq qurulmalıdır.Məktəb uşağın komfort zonasını pozaraq onu yeni qaydalar, dostlarvə tələblərlə qarşılaşdırır. Bu dəyişikliklər bəzən çətin olabilər. Buna görə də valideynlər övladlarını tənqid etmək əvəzinədəstəkləməli, dinləməli və hisslərini ifadə etmələrinə şəraityaratmalıdırlar”.

R.Nəcəfov qeyd edib ki, əgər uzunmüddətli adaptasiya çətinliyimüşahidə olunarsa, ilk növbədə məktəb psixoloqu ilə görüşmək,ehtiyac olduqda isə fərdi psixoloji konsultasiyaya müraciət etməkfaydalıdır:

“Valideynlər unutmamalıdır ki, məktəb uşağın həyatında yalnızbilik məkanı deyil – həm də gələcəyin təməlidir. Sağlamlıq vətəhsil birlikdə insanı gələcəyə aparır. Buna görə də övladlarınınpsixoloji rahatlığına və məktəbə uyğunlaşmasına yönəlmiş hər birenerji onların gələcəyinə edilən ən güclü sərmayədir”.

Chosen
48
1
az.trend.az

2Sources