EN

Avtobusda dava: Sürücüyə bibər qazı püskürtdülər

Türkiyədə sərnişindaşıma avtobusunda sürücü ilə sərnişin arasında mübahisə yaşanıb.

Publika.az xəbər verir ki, hadisə İstanbulun Fatih rayonunda baş verib.

Bildirilir ki, dayanacaqda uşaq arabası və yaşlı bir şəxslə avtobusa minməyə çalışan sərnişin arxa qapını zorla açmaq istəyib. Bu səbəbdən sərnişinlə sürücü arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.

Dava zamanı sərnişinlərdən biri avtobus sürücüsünün üzünə bibər qazı püskürdüb. Nəticədə avtobusda olan sərnişinlər qazın təsirinə məruz qalıb və nəfəs almaqda çətinlik çəkərək nəqliyyat vasitəsini tərk ediblər.

Chosen
47
13
publika.az

10Sources