AZ

Baku Busda əlbəyaxa dava - VİDEO

10:11 25.08.2025
10:11 25.08.2025

Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında insident yaşanıb.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 20:00 radələrində baş verib.

Tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Mübahisəyə səbəb sərnişinin kartı oxutmadan əyləşməsi olub. Sürücünün bununla bağlı xəbərdalığına sərnişin aqressiv rekasiya verib.

Daha sonra onlar bir-birinə yumruq atıblar. Məsələyə polis müdaxilə edib.

Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.


Seçilən
19
13
mynews.az

10Mənbələr