Kanada Silahlı Qüvvələri beş hərbçinin nasist salamı verməsini əks etdirən videoqeydin yayımı faktını araşdırır.
Bu barədə CBC telekanalı məlumat verib.
Kvebek əyalətində yerləşən 22-ci Kral Piyada Alayının videoya düşən hərbçiləri istintaq müddətində xidmətdən uzaqlaşdırılıblar. Müəyyən edilib ki, video 2023-cü ildə lentə alınıb, lakin Kanada Silahlı Qüvvələrinin komandanlığı bundan yalnız bu il, avqustun əvvəlində xəbər tutub.
Kanada Quru Qoşunlarının komandanı general-leytenant Maykl Rayt açıqlamasında bildirib ki, Silahlı Qüvvələrdə nifrətin təzahürü qətiyyən yolverilməzdir.
İstintaqın nəticələrinə əsasən, videogörüntülərə düşən hərbçilər intizam məsuliyyətinə cəlb oluna və ya ordudan xaric edilə bilərlər.