EN

Lavrov: Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib

Rusiya Avropa liderlərinin Vaşinqtona səfərləri zamanı onlardan Ukraynada vəziyyətin nizamlanması ilə bağlı konstruktiv ideyalar eşitməyib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

"Biz hələlik yalnız vəziyyətin son dərəcə gərginləşdirilməsini, ABŞ Prezidenti Donald Trampın mövqeyini dəyişdirmək cəhdlərini görürük", - o qeyd edib.

S.Lavrovun sözlərinə görə, Avropa ölkələri liderlərinin bu cür mövqeyini bazar ertəsi (18 avqust - red.) Vaşinqtonda keçirilən görüş zamanı müşahidə etmək olardı.

"Biz orada avropalıların dilindən heç bir konstruktiv ideya eşitmədik", - nazir qeyd edib.

Chosen
25
2
report.az

3Sources