EN

Macarıstan mediası "Qarabağ"ın "Ferentsvaroş"u məğlub etməsi barədə nələr dedi?

  EFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə ilk oyunda "Qarabağ" "Ferentsvaroş"u səfərdə 3:1 hesabı ilə məğlub edib. 

Referans  xəbər verir ki, macar mətbuatı məğlubiyyəti aşağıdakı formada şərh edib:

"nemzetisport": "İkinci hissədə "qara şorba gəldi" (red. - ikinci hissədə işin çətin tərəfi başladı): "Qarabağ" Budapeştdə "Ferentsvaroş"u 2 qol fərqlə məğlub etdi". 

"m4sport": "3 il əvvəl olduğu kimi "Qarabağ" Çempionlar Liqasında "Ferentsvaroş"u evində 3:1 hesabı ilə məğlub etdi".

"csakfoci": "Qarabağ"a məğlubiyyətdən sonra "Ferentsvaroş" əsas masadan çox uzaqdır".

"sportal": "İlk hiss yaxşı, ikinci hissə dəhşətli keçdi: "Ferentsvaroş" özünü çətin vəziyyətə saldı".

Qeyd edək ki, "Qarabağ" və "Ferentsvaroş" arasında cavab matçı avqustun 27-si saat 20:45-dəTofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. 
 
   

Chosen
32
4
referans.az

5Sources