EN

Biləsuvarda yeniyetmə oğlan 59 yaşlı kişini bıçaqlayıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakues.az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Həmin kənd sakini, 2008-ci il təvəllüdlü Kənan Abuzərli öz həmkəndlisi olan 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb. O, müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
97
7
icma.az

10Sources