EN

Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.

Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər.

Ötən mövsüm olduğu kimi, bu dəfə də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.

Chosen
71
6
report.az

7Sources