“Zirə” Rafael Utziqin klubdan ayrıldığını açıqlayıb. Msport.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Vyetnamda davam etdirəcək.
O, “Ho Çi Minh Siti Polis” klubuna bir illik icarəyə verilib. Utziq komandanın təlim-məşq toplanışına vaxtında qoşulmamış və klubdan ayrılmaq istədiyini açıqlamışdı.
Qeyd edək ki, Rafael Utziq 2024-cü ilin yanvar ayından “Zirə”də çıxış edirdi.