EN

Adəm Məmmədovun vəkilliyinə xitam verildi



Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq olunub.

aia.az xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Yığıncaqda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub.Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəkillik fəaliyyətinə xitam verilən Adəm Məmmədovdur. Keçmiş vəkil həmkarı Ceyhun Yusifova böhtan atmaqda təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qanuni qüvvəyə minib.

aia.az



Chosen
9
20
aia.az

10Sources