EN

Biləsuvarda yeniyetmə bacısının qayınatasını bıçaqladı

Biləsuvarda bıçaqlanma hadisəsi olub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini 17 yaşlı K. Abuzərov bacısının qayınatası 59 yaşlı Babayev Azər Babulla oğlunu bıçaqlayıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən K.Abuzərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Chosen
83
heftelik.az

1Sources