EN

NATO Zirvəsi bu tarixdə Türkiyədə keçiriləcək

NATO-nun baş katibi Mark Rutte 2026-cı il NATO Zirvəsinin Türkiyədə keçiriləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, sammit iyulun 7-8-də Ankaradakı Beştepedə yerləşən Prezident Kompleksində baş tutacaq.

Rutte çıxışında Türkiyənin uzunmüddətli müttəfiqliyinə toxunaraq bildirib:

“Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm. Türkiyə 70 ildən artıqdır ki, ortaq təhlükəsizliyimizə əvəzsiz töhfələr verən güclü NATO müttəfiqidir. Liderlərimiz növbəti sammitdə NATO-nu təhlükəsizliyimiz üçün kritik təhdidlərə cavab verə bilən daha güclü, daha ədalətli və daha çəkindirici bir ittifaq halına gətirməyə davam edəcək”.

Qeyd edək ki, Türkiyə bundan əvvəl, 2004-cü ildə İstanbulda NATO Zirvəsinə ev sahibliyi etmişdi. 2026-cı ildəki sammit isə ölkənin ikinci dəfə bu ali toplantıya ev sahibliyi etməsi ilə tarixə düşəcək.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
12
1
konkret.az

2Sources