EN

Müəllimlərin imtahana hazırlaşması gülünc görünür - MİQ təəssüratları

Bu gün MİQ üzrə müsahibə mərhələsinin ilk günüdür. Rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunur.

AzEdu.az xəbər verir ki, Kürdəmir rayonu Axtaçı-Qarabucaq kənd orta məktəbin İngilis dili müəllimi Raul Cəbrayılov bu gün keçirilən müsahibədə iştirak edib. 

R.Cəbrayılov müsahibə mərhələsiylə bağlı fikirlərini bölüşüb.

166343Həmsöhbətimizin sözlərinə görə bugünkü müsahibə onun üçün olduqca maraqlı keçib:

"Daha sonra ixtisasartırma kursunda 1 il oxumuşam. Keçən il isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşam. Həm tələbə, həm də müəlliməm. 2004-cü ildən 2012-ci ilə qədər bir işləmişəm, daha sonra şirkətdə digər fəaliyyət növləri ilə məşğul olmuşam. 2018-ci ildə təkrar MİQ-dən imtahan verib keçmişəm. Həmçinin keçən il sertifikasiya (47 bal) imtahanını uğurla başa vurmuşam. MİQ-in test mərhələsi üzrə 2018-ci ildə 60-dan 40, bu il isə 69 bal toplamışam. Fəaliyyətimə davam etmək istədiyim məktəb isə Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbidir.

Bugünkü imtahan mənim üçün həqiqətən maraqlı keçdi. Ona görə ki, imtahanlara artıq alışmışam. Lakin bu gün keçirilən müsahibə daha maraqlı oldu. Çünki mənə təqdim edilən sualları gücüm yetdikcə lazımınca cavablandırdım.

İmtahan tam şəffaf qaydada həyata keçirildi. Onu da qeyd edim ki, imtahan prosesində heç bir müdaxilə, gərəksiz sual müəllimin şəxsiyyətini, sənətini aşağılayacaq heç nə görmədim. Bəzi Vatsap qruplarında, "YouTube" kanallarında, saytlarda lazım olmayan, gərəksiz suallar paylaşırlar ki, “bunlar sizdən soruşula bilər?” deyə, amma mən onların heç birinə rastlamadım.

Tərtib edilən sualların hər biri müəllimə lazım ola biləcək qədər mühüm suallar idi. Digər gərəksiz suallar verilmədi. Ümumiyyətlə, müəllimlərin imtahana hazırlaşması mənə biraz gülünc gəlir. Çünki müəllim hər vaxt hazır olmalıdır. Onu hər vaxt imtahana çəkə bilərlər. Gələcək namizədlərə tövsiyə edirəm ki, ixtisaslarını yaxşı oxusunlar".

Chosen
26
azedu.az

1Sources