EN

Azərbaycanda birjadankənar əqdlərin ümumi dəyəri 4 dəfə azalıb

Bu ilin I yarısında Milli Depozit Mərkəzi (MDM) 5 milyard 47,3 milyon manat və 346,1 milyon ABŞ dolları, ümumilikdə 5 milyard 635,7 milyon manat dəyərində əqdi dövlət qeydiyyatına alıb.

Bakues.az MDM-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş əqdlərin 233,4 milyon manatlıq hissəsi birjadankənar bağlanılıb. Bu isə 1 il əvvələ nisbətən 4,1 dəfə azdır.

Son 1 ildə manatla bağlanmış birjadankənar əqdlərin xüsusi çəkisi 15,2 %-dən 3,5 %-ə, dollarla bağlanmış birjadankənar əqdlərin xüsusi çəkisi isə 31,8 %-dən 9,2 %-ə düşüb.

Chosen
30
3
icma.az

5Sources