EN

Abşeronda yanğın törədən şəxs saxlanılıb

Ötən gün Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində quru ot və kol-kos yanıb.

Əməli törədən L. Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Chosen
55
11
yeniazerbaycan.com

10Sources