ABŞ-lı milyarder İlon Mask müvəqqəti olaraq “Amerikan Partiyası”nı yaratmaq ideyasından imtina edib.
Editor.az xəbər verir ki, yeni partiya ABŞ-da üçüncü siyasi qüvvə kimi fəaliyyət göstərməli idi.
Wall Street Journal-ın məlumatına görə, Mask belə bir addımın respublikaçı seçiciləri arasında parçalanmaya səbəb ola biləcəyindən və vitse-prezident Cey Di Venslə münasibətlərinə zərər verə biləcəyindən narahatdır.
Milyarder iyun ayının əvvəlində elan etdiyi planını yenidən nəzərdən keçirərək diqqətini əsasən şirkətlərinin idarə olunmasına yönəldib. O, hesab edir ki, yeni partiyanın yaradılması Respublikaçı Partiyasına dəstəyin zəifləməsinə və siyasi əlaqələrinin təsirlənməsinə səbəb ola bilər.
Mənbə qeyd edib ki, Mask üçün Cey Di Venslə yaxşı münasibətləri qorumaq önəmlidir; ehtimal olunur ki, Mask onu 2028-ci il prezident seçkilərində maliyyə dəstəyi ilə təmin edə bilər.
Əvvəlcədən planlaşdırılan üçüncü partiyanın yaradılması ilə bağlı təşkilatla görüş iyulun sonunda biznes prioritetləri səbəbindən ləğv edilib.
//Samir Qurbanov, Editor.az