EN

Qars İğdır Aralık Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22 də baş tutacaq

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.

APA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyanat verib.

Türkiyəli nazirin sözlərinə əsasən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.

Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib.

“Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt oldə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”- nazir qeyd edib.

O əlavə edib ki, Lahiyədə 24 tunel, 10 körpü, 171 keçid və s. yer alacaq

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
94
7
apa.az

10Sources