Obninsk şəhərində (Kaluga vilayəti) “Rus İcması” təşkilatının rəhbəri Ruslan Denisov saxlanılıb. Onun barəsində 1 milyon rubldan çox məbləğdə pul vəsaitinin hədə-qorxu yolu ilə tələb edilməsində şübhələr irəli sürülüb.
Editor.az xəbər verir ki, məlumatı Shot teleqram kanalı yayıb.
Hazırda Denisov yerli müvəqqəti saxlanma təcridxanasında saxlanılır və ona qarşı rəsmi ittiham irəli sürülüb.
Kanalın məlumatına görə, Denisov barəsində polisə müraciəti Kaluqa vilayətinin Kozelsk şəhər sakini edib.
Xatırladaq ki, yaxın günlərdə Moskvaətrafı bölgədə polis “Rus İcması” üzvü və futbolçunun miqrantlar tərəfindən döyülməsi ilə bağlı cinayət işi açmışdı.
//Samir Qurbanov, Editor.az