Ukrayna Prezidenti Volodimir Zelenski sabiq mədəniyyət naziri Nikolay Toçitskini ölkəsinin Avropa Şurasındakı daimi nümayəndəsi təyin edib.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, Volodimir Zelenski bununla bağlı fərman imzalayıb.
"Toçitski Nikolay Stanislavoviç Ukraynanın Avropa Şurasındakı daimi nümayəndəsi təyin edilsin", - sənəddə qeyd edilib.
V.Zelenski digər fərmanla bu vəzifəni tutan Boris Tarasyuku işdən azad edib.