İspaniya çempionatının 1-ci turunda keçirilən “Real” – “Osasuna” (1:0) oyununda maraqlı hadisə yaşanıb.
Publika.az xəbər verir ki, matçın 90+4-cü dəqiqəsində qonaqların müdafiəçisi Abel Bretones meydandan qovulub. Hakim Adrian Kordero Veqa futbolçunun rəqibə qarşı aqressiya göstərdiyini düşünərək bu qərarı verib. Bildirilir ki, ona bu addımı atmağı birinci köməkçisi İsrael Barsena Rodriges məsləhət görüb.
Ancaq qərarın düzgünlüyünü anlamaq mümkün olmayıb, çünki lazımi təkrar epizodlar mövcud deyildi. Oyun sonrası İspaniyada başlayan müzakirələr də nəticəsiz qalıb.