EN

Nazirlik məktəbin əsaslı təmirinə 4,4 milyon manat xərcləyəcək


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən  tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Meqaplus” firması (VÖEN – 2900377921 ) Sumqayıt şəhər 21 nömrəli 1 176 şagird yerlik məktəbin əsaslı təmiri işlərini həyata keçirəcək.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi görüləcək işlər üçün “Meqaplus” firmasına 4 milyon 434 min 254 manat 38 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Meqaplus” firması 24.04.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhəri, Məh 3, ev 6/21, m. 14 ünvanında yerləşən “Meqaplus” firmasının qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.

Elnur Əli
Chosen
16
1
yeniavaz.com

2Sources