EN

“Azərbaycanın xarici dövlət borcunun olmaması daha təhlükəlidir” – İLHAM ŞABAN- FOTO

Azərbaycan ötən il Bakıda həbs edilmiş Hindistanın kriminal avtoriteti Mayank Sinqhi yaxın günlərdə ölkəsinə ekstradisiya edəcək.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunun üçün Hindistanın Antiterror bölməsinin üç əməkdaşından ibarət qrup Azərbaycana gəlib.

Məlumata görə, Mayank Sinqhin Hindistana avqustun 22-23-də təhvil veriləcək.
Bu ilin mart ayında Azərbaycanın Carkhand ştatının ən çox axtarılan cinayətkarı, Sunil Mina kimi tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqlədiyi məlum olub.

Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsinə kömək edib.

Hindistandan qaçmazdan əvvəl Mayank Sinqh Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.

Hindistandan qaçmasına baxmayaraq, qanqster internet zəngləri vasitəsilə hindistanlı iş adamlarını hədələyərək onlardan pul tələb etməklə cinayətkar fəaliyyətini davam etdirib. O, həmçinin aktiv şəkildə sosial mediada avtomat silahlarla şəkillərini paylaşıb.

Chosen
65
1
avtosfer.az

10Sources