EN

Olimpiya çempionu karyerasını başa vurdu

2016-cı ilin Olimpiya çempionu, rusiyalı cüdoçu Həsən Halmurzayev idmandan getdiyini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı cüdoçu ümumilikdə, idman karyerasından razı olduğunu bildirib:
“Baxmayaraq ki, qarşımda ikiqat Olimpiya çempionu olmaq kimi bir məqsəd var idi. Amma niyə uğursuz olduğumu yaxşı başa düşürəm və bundan nəticə çıxarıram".

Halmurzayevin sözlərinə görə, o, məşqçi kimi işləmək niyyətindədi və əkiz qardaşı Hüseynlə birlikdə ixtisaslaşdırılmış məktəblər açmağı planlaşdırır:
"Hər kəs yaxşı məşqçi ola bilməz, amma mən cəhd etmək istəyirəm".

Halmurzayev, həmçinin 2021-ci ildə Avropa Çempionatının qalibi olub, 2017-ci ildə isə Dünya Çempionatında bürünc medal qazanıb.
Chosen
17
2
football-plus.az

3Sources