Ajans.az xəbər verir ki, İranın xarici işlər naziri MAQATE-nin baş direktorunun müavini və təhlükəsizlik tədbirləri departamentinin rəhbəri Massimo Aparovun Tehrana səfərinin nəticələrindən danışarkən qeyd edib ki, Aparovun İrana səfəri nüvə məsələsinin daha yaxşı başa düşülməsi baxımından Tehran üçün faydalı olub.
"Həmin səfərdən sonra biz parlament qanununa əsaslanan mümkün yol haqqında fikirlərimizi yazıb təqdim etdik. Şənbə günü MAQATE öz şərhlərini hazırlayıb bizə göndərdi və İranla agentlik arasında bu qarşılıqlı faydalı əməkdaşlıq davam edir. Yəqin ki, danışıqların növbəti mərhələsi üçün həmkarlarımızı Vyanaya göndərəcəyik", - İran rəsmisi əlavə edib.