EN

Azərbaycan və Özbəkistan Bakıdakı sammitin nəticələri üzrə razılaşmaların icrasını müzakirə edib

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüşüb.

"Report" Özbəkistan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakıdakı sammitinin nəticələri üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

"Əsas diqqət bu ilin iyul ayının əvvəlində Bakı şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan sammitinin nəticələri üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi gedişatının nəzərdən keçirilməsinə yönəldilib. Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.

Tərəflər həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda sistemli dialoqu davam etdirməkdə qarşılıqlı marağı təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
4
icma.az

5Sources