EN

Hansı bölgələrdə insanlar içkiyə daha çox pul xərcləyiblər? – Rəsmi məlumat


Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda əhali alkoqollu içkilərə ayda orta hesabla 2,2 manat vəsait xərcləyir.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək göstərici Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 2,8 manat içkiyə pul xərcləyiblər.
Naxçıvan Muxtar Respublikasında da bu rəqəm ölkə üzrə yüksək səviyyədədir – 2,7 manat. Bakı, Qazax-Tovuz, Quba-Xaçmaz və Şərqi Zəngəzurda isə içkilərə ayda adambaşına orta hesabla 2,6 manat xərclənir.
Abşeron-Xızı (2 manat), Gəncə-Daşkəsən (1,7 manat) və Dağlıq Şirvan (1,8 manat) rayonlarında içki xərcləri ölkə ortalamasından aşağı olub. Qarabağda 2,3 manat, Şəki-Zaqatalada isə 2,3 manatlıq göstərici qeydə alınıb.
Ən aşağı rəqəm Lənkəran-Astara iqtisadi rayonunda müşahidə olunub – burada əhali ayda adambaşına cəmi 1,1 manat içkiyə pul sərf edib. Şirvan-Salyanda isə bu rəqəm 1,4 manat təşkil edib.

Elnur Əli
Chosen
11
2
yeniavaz.com

3Sources