EN

Ruslar Ukraynada bazarı raketlə vurdular Ölənlər var FOTO

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avqustun 20-də Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Konstantinovka bazarına raket zərbələri endirib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Vadim Filaşkin özünün teleqram kanalında məlumat verib.

“Konstantinovkaya endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ruslar şəhərə səkkiz “Smerç” raketi atıblar, qəsdən bazarı nişan alıblar”, - o bildirib.

Filaşkinin sözlərinə görə, 15 ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətləri ziyan görüb.

Donetsk VHA rəhbəri Rusiya Silahlı Qüvvələrinin davam edən zərbələri ilə əlaqədar bölgə əhalisini dərhal təxliyə olmağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
47
redaktor.az

10Sources