AZ

Aviabazaya HÜCUM EDİLİB - Bu ölkədə...

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər hökuməti məlumat yayıb. "Kali növbəti dəfə narkoterrorçuların hücumunun qurbanı oldu. Bir neçə dəqiqə əvvəl hava qüvvələri bazasının yaxınlığında yük maşını partladı", - şəhər meri Alexandro Eder sakinlərə müraciətində deyib. Kali hökumətinin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, zərərçəkənlərə kömək üçün şəhərin bütün xilasetmə xidmətləri cəlb olunub. "Səlahiyyətlilər ilkin olaraq 5 nəfərin öldüyü və 36 nəfərin yaralandığı barədə məlumat verir", - məlumatda deyilir.

Eder hücuma görə məsuliyyət daşıyanların tapılmasına kömək edəcək məlumatlara görə mükafat vəd edib. Səlahiyyətlilər həmçinin yerli vaxtla saat 04:00-a qədər yük maşınlarının hərəkətinə məhdudiyyətlər qoyub.

Seçilən
5
2
Ajans.az

10Mənbələr