“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi dəyişib.
Baku.news Modern.az-a istinadla xəbər verir ki, Şuraya “AZCON Holding”in İcraçı direktoru Şahin Babayev rəhbərlik edəcək.
Şuranın digər üzvləri AZCON-un İcraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı – Maliyyə departamentinin direktoru Taylan Tekelidir.
Xatırladaq ki, “Bakı Metropoliteni”nin Müşahidə Şurası 2021-ci ildə yaradılıb. Şuranın keçmiş tərkibi aşağıdakı şəxslər idi:
Rəşad Nəbiyev – Rəqəmsal inkişaf və nəqliyyat naziri;
Rəhman Hümmətov – Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;
Məmməd Abbasbəyli – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi;
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri;
Vüqar Məcidli – Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.