Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Son illərdə paytaxtda və bölgələrdə binaların altında yerləşən müxtəlif iaşə obyektlərinin, xidmət məkanlarının sürətlə artdığı müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, əhali tipli vergi ödəyicisi kimi fəaliyyət göstərən bu obyektlərin sayı getdikcə çoxalır. Yəni, binadan bir mənzil, yaxud onun zirzəmi hissəsi obyekt kimi fəaliyyət göstərir və kommunal ödənişləri bina sakini kimi ödəyir. Bu isə ölkə iqtisadiyyatı üçün müəyyən risklər yaradır. Çünki sözügedən müəssisələrin real dövriyyəsi ilə vergi öhdəlikləri arasında uyğunsuzluq yaranır, nəticədə, dövlət büdcəsinə daxilolmalar azalır. Artıq bu vəziyyət bir çox yerlərdə adi hal kimi qəbul olunsa da, bəzi ekspertlər bu prosesin davamlılığının iqtisadi sabitlik və vergi ədaləti üçün mənfi nəticələr doğura biləcəyini bildirirlər.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələ tamamilə qanunsuzdur və belə hallara yol verildikdə mütləq şəkildə cərimə tətbiq olunmalı, əhaliyə maneə yaradılmamalıdır:
“Əslində, dövlət orqanlarının bu tip obyektləri yoxlamaq üçün kifayət qədər səlahiyyəti var. Onların sayğacları da ayrıca olmalı, hesablanma qaydaları da fərqli şəkildə aparılmalıdır. Bunun üçün əlavə qanunvericiliyə və ya dəyişikliklərə ehtiyac yoxdur. Hazırda qüvvədə olan qanunvericilik dövlət orqanlarına bütün lazımi səlahiyyətləri verir ki, belə şəxslərə və iş adamlarına qarşı cərimə və cəza tədbirləri tətbiq etsinlər. Sadəcə, ola bilsin ki, nəzarət zəifdir və ya müəyyən qanunsuz ödənişlər hesabına bəzi iş adamları qanunun tələblərinə əməl etməkdən yayınırlar”.
Fidan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.