Bakıda və Abşeron yarımadasında, habelə ölkənin bəzi bölgələrdə avqustun 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad, Mingəçevir, Yevlax, Tərtər, Bərdədə şimal-qərb küləyi əsəcək, sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Naxçıvan MR, Quba, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Ağdərə, Xankəndi, Xocavənd, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Ağcabədi, Zərdab, İmişli, Ucar, Ağdaş, Kürdəmir, Göyçay, Balakən, Oğuz, Beyləqan, Şəki, Qax, Zaqatala, Şirvan, Şamaxı, Samux, İsmayıllı, Qəbələ, Ağsu, Göygöl, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik, Yardımlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, sürəti 13.9-20.7 m/san təşkil edəcək.