Fransa prezidenti Emmanuel Makron bildirib ki, İsrailin Qəzza zolağına hərbi hücumu fəlakətlə nəticələnə və bölgəni daimi müharibəyə sürükləyə bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində bildirib.“Mən indicə İordaniya Kralı II Abdulla, sonra isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışdım. Biz eyni qənaətdəyik: İsrail tərəfdən hazırlığı gedən Qəzzaya hərbi hücum yalnız iki xalq üçün əsl fəlakətə gətirib çıxara və regionu daimi müharibəyə sürükləyə bilər”, - Makron yazıb.
Fransa prezidenti vurğulayıb ki, münaqişə yalnız atəşkəs, Qəzzaya humanitar yardımın çatdırılması, girovların azad edilməsi və HƏMAS hərəkatının tərksilahı ilə başa çata bilər. O, həmçinin Qəzza zolağını sabitləşdirmək üzrə beynəlxalq missiyayanın təşkilinə çağırıb.