EN

Türkiyədə ən çox vergi ödəyənlərin siyahısına Səlcuq Bayraktar başçılıq edir

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəlir İdarəsi (GİB) 2024-cü ildə Türkiyədə ən çox gəlir vergisi ödəyən şəxslərin siyahısını dərc edib.

Yeniavaz.com xəbər verir ki, siyahıya “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar başçılıq edir. O, ötən il dövlət büdcəsinə 2 milyard 767 milyon 587 min 718 lirə (67,8 milyon dollar) vergi ödəyib.

İkinci yerdə eyni şirkətin baş direktoru Lütfü Haluk Bayraktar qərarlaşıb – onun ödədiyi vergi məbləği 2 milyard 528 milyon 619 min 921 lirə (62 milyon dollar)olub.

Dördüncü sırada isə “Koç Holdinq”in fəxri prezidenti Mustafa Rəhmi Qoç yer alıb. O, 757 milyon 755 min 302 lirə (18,6 milyon dollar) vergi ödəyib.

İlk onluqda “Rönesans Holdinq”in rəhbəri Erman Ilıcak da var – o, 372 milyon 720 min 505 lirə (9,1 milyon dollar) ilə siyahıda 10-cu yeri tutub.

Ümumilikdə, ötən il Türkiyədə 5 milyon 132 min 895 vergiödəyici illik gəlir bəyannaməsi təqdim edib. Bu bəyannamələr əsasında 418 milyard 465 milyon 820 min 779 lirə (10,2 milyard dollar) gəlir vergisi hesablanıb.

Qeyd edək ki, ilk 100-lükdə yer alan şəxslərdən yalnız 21 nəfərin adı açıqlanıb, qalan 79 nəfər isə kimliyini gizli saxlamağı seçib. Siyahıda 3-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu yerlərdə qərarlaşan şəxslərin adları ictimaiyyətə açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
yeniavaz.com

2Sources